Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Aşura günü münasibətilə Gəncə şəhərində yerləşən “İmamzadə” dini ziyarətgah kompleksində könüllü qanvermə aksiyası təşkil olunub.
Səhər saatlarından başlayan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri, QMİ Qazılar Şurasının üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şəhər təmsilçisi şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə və müəssisələrin rəhbərləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aksiyaya qoşulan vətəndaşlar əvvəlcə həkim-hematoloqlar tərəfindən müayinədən keçirilib, sağlamlıq vəziyyəti qan verməyə uyğun hesab olunan şəxslərdən qan götürülüb.
Bildirilib ki, toplanan qan ehtiyatından talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Qanvermə aksiyasının gün ərzində davam etdiriləcəyi qeyd olunub. Həmçinin qan vermək istəyən vətəndaşların növbəti 40 gün ərzində Respublika Qan Bankının Gəncə bölməsinə müraciət edə biləcəkləri diqqətə çatdırılıb.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri



