Energetika naziri Ağdamda vətəndaşlarla görüşüb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Energetika naziri Pərviz Şahbazov Ağdam Muğam Mərkəzində vətəndaşlarla görüşüb.

Nazirlikdən XQ-yə bildirilib ki, görüşdə vətəndaşların elektrik şəbəkəsinə qoşulma, kabelləşmə və elektrik verilişi xətlərinin mühafizə zonası, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Bərdə, Ağdam, Tərtər rayonlarından olan vətəndaşlar iştirak edib.



Sosial həyat