Şirvanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası təşkil olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 25-də Aşura günü ilə əlaqədar Şirvan şəhər məscidində könüllü qanvermə aksiyası keçirilir.

Şirvan Şəhər İcra Hakimiyyətindən XQ-yə verilən məlumata görə, səhər saatlarından başlayan aksiyada həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılır, müvafiq tibbi müayinədən sonra onlardan qan götürülür.

Qanvermə aksiyası gün ərzində davam edəcək.

Toplanan qan ehtiyatı yoxlandıqdan sonra talassemiya, hemofiliya və leykoz kimi xəstəliklərdən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.

Sosial həyat