Şuşada Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Aşura günü ilə əlaqədar Şuşa şəhərində humanitar xarakterli könüllü qanvermə aksiyası təşkil olunub. Tədbir Yuxarı Gövhər Ağa məscidində baş tutub və aksiyaya şəhər sakinləri, müxtəlif dövlət və özəl qurumlarda çalışan əməkdaşlar, eləcə də Şuşaya gələn ziyarətçilər qoşulublar.

Aksiya zamanı toplanan qan nümunələri Respublika Qan Bankının mütəxəssisləri tərəfindən qəbul edilib. Qan ehtiyatlarının artırılmasına xidmət edən təşəbbüsün məqsədi hemofiliya, talassemiya və digər xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsinə dəstək verməkdir.

Tədbir iştirakçıları bu cür aksiyaların həmrəylik və xeyriyyəçilik ənənələrinin təşviqində mühüm rol oynadığını vurğulayıblar.

Sosial həyat