Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 590 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 590 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 1, maddə 38) ilə təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə”nin 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 4.2.9-cu yarımbənd ləğv edilsin.

2. 4.2.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.2.10. dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən hüquqi şəxslər istisna olmaqla), dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların bank hesablarına dair məlumatlar;”.

3. Aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:

“4.2-1. Sahibin normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, vəzifələrinin icrası, habelə dövlət xidmətləri göstərməsi zamanı dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin emissiya etdiyi qiymətli kağızlar barədə reyestr məlumatları tələb olunduqda, bu məlumat bilavasitə həmin hüquqi şəxslərin özündən əldə edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2026-cı il

Fərmanlar