Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanununun tətbiqi və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci, 12.2-1–12.2-3-cü, 12.2-6-cı maddələrində, 22.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 28.1.10-cu və 28.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 22.1-ci maddəsinin birinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 28.1.10-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 12.1-ci, 12.2-1–12.2-3-cü, 12.2-6-cı və 28.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 123) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddən “, 10.7-ci” sözləri çıxarılsın və həmin bəndə “12.3-cü” sözlərindən əvvəl “12.2-1–12.2-3-cü, 12.2-6-cı,” sözləri, “22.1-ci maddəsinin birinci cümləsində” sözlərindən sonra “(hər iki halda)” sözləri, “28.1.4-cü,” sözlərindən sonra “28.1.10-cu, 28.3-cü,” sözləri əlavə edilsin;

3.2. 1.2-ci bəndə “(ikinci halda) maddələrində,” sözlərindən sonra “22.1-ci maddəsinin birinci cümləsində (birinci halda),” sözləri əlavə edilsin;

3.3. 1.3-cü bənddə “və 25.4-cü” sözləri “, 25.4-cü və 28.1.10-cu” sözləri ilə əvəz edilsin;

3.4. 1.5-ci bənddən “, 10.7-ci” sözləri çıxarılsın və həmin bəndə “12.3-cü” sözlərindən əvvəl “12.2-1–12.2-3-cü, 12.2-6-cı,” sözləri, “22.1-ci maddəsinin birinci cümləsində” sözlərindən sonra “(ikinci halda)” sözləri, “28.1.4-cü,” sözlərindən sonra “28.3-cü,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2026-cı il

Fərmanlar