Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında 6 medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, Aydan Hüseynova (36 kq, “İrəvan”), Rada Əsəd (44 kq, “Mübariz”) qızıl, İslam Quluzadə (33 kq, “Alpman”), Gökalp Çilingir (40 kq, Nərimanov RİK), Renad Zülfiqarlı (+57 kq, “Alov”) gümüş, Əkbər Tağıyev (+30 kq, “Atlet”) bürünc mükafata sahib çıxıb.
Azərbaycan təmsilçiləri ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub və kubokun sahibi olublar.
Qabil YUSİFOĞLU
XQ

