Avropa çempionatında 5 medal

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Polşanın Belostok şəhərində keçirilmiş “Kyokuşin (KAY) Senşi Karate” üslubu üzrə Avropa çempionatında yüksək nəticələr əldə edən Azərbaycan Karate Federasiyasının milli komandası Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində media nümayəndələri, idman ictimaiyyətinin təmsilçiləri, federasiya rəsmiləri, məşqçilər və idmançıların ailə üzvləri iştirak ediblər.

Avropa çempionatının yekunlarına əsasən Azərbaycan yığma komandası 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 5 medal qazanaraq ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edib.

Gənclər arasında 80 kiloqram çəkidə mübarizə aparan Cəmil Kazımlı və 70 kiloqram çəkidə çıxış edən Vaqif Bəndəliyev fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək Avropa çempionu adına layiq görülüblər.

Qabil YUSİFOĞLU
XQ

İdman