Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat tədbirləri davam etdirilir.
DİN-in yaydığı məlumata görə, Bakı şəhərində keçirilən növbəti əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb. Onun üzərindən və istifadəsində olan yerlərdən ümumilikdə 51 kiloqram tərkibinə müxtəlif zərərli maddələr qatılmış marixuana, eləcə də 2000 ədəd metadon həbi aşkar edilərək götürülüb.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs xaricdə fəaliyyət göstərən narkotik alverçilərinin göstərişləri əsasında ölkə daxilində narkotiklərin qanunsuz dövriyyəsinin təşkilində iştirak edib.
Faktla bağlı cinayət işi açılıb. Məhkəmənin qərarı ilə Nicat Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda hadisə ilə bağlı istintaq və əməliyyat tədbirləri davam etdirilir.

