Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadenin başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini protokol əməkdaşları və digər rəsmi şəxslər müşayiət ediblər.

