Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyunun 19-21-də Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək.
XQ xəbər verir ki, "Los-Anceles-2028" Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıran bu ilk yarışda Azərbaycan millisi 17 idmançı ilə təmsil olunacaq. Komandada 12 kişi və 5 qadın cüdoçu yer alıb.
Qeyd edək ki, turnirdə ümumilikdə 59 ölkədən 455 idmançı mübarizə aparacaq.
Azərbaycan millisinin heyəti:
Kişilər
-60 kq: Əhməd Yusifov, Balabəy Ağayev
-66 kq: Nizami İmranov, Ruslan Paşayev
-73 kq: Hidayət Heydərov, Rəşid Məmmədəliyev
-81 kq: Zelim Tçkayev
-90 kq: Murad Fətiyev, Aslan Kotsoyev
-100 kq: Zelim Kotsoyev
+100 kq: Camal Qamzatxanov, Kənan Nəsibov
Qadınlar
-48 kq: Şəfəq Həmidova
-52 kq: Gültac Məmmədəliyeva
-63 kq: Fidan Əlizadə
-70 kq: Südabə Ağayeva
+78 kq: Madina Kaisinova

