Vens: Tramp heç vaxt Rza Pəhləvini prezident etmək istəməyib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Prezidenti Donald Tramp heç vaxt devrilmiş şah Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvini İranda hakimiyyətə gətirməyə çalışmayıb. Vaşinqtonun əsas məqsədi İranın nüvə proqramına son qoymaq olub. 

Bunu ABŞ-ın vitse-prezidenti C.D.Vens jurnalist Megyn Kellinin YouTube kanalında dərc olunmuş müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tramp İranda “rejim dəyişikliyini hədəfləməyib”.

Vens bildirib ki, “ABŞ prezidenti heç vaxt məqsədinin Rza Pəhləvini İranın yeni lideri etmək olduğunu deməyib”.

O qeyd edib ki, İran xalqının mövcud hakimiyyətə qarşı üsyanı onların öz qərarıdır.

Vens qeyd edib ki, “Tramp dedi ki, əgər İran xalqı üsyan etmək istəyirsə, bu, problem deyil, amma bu, onların işidir. Bu, İran xalqı ilə hökuməti arasında olan məsələdir”.

ABŞ vitse-prezidenti vurğulayıb ki, Vaşinqtonun məqsədi İranın nüvə proqramını “ya diplomatik, ya da lazım gələrsə, hərbi yolla” bitirməkdir.

Vens həmçinin ABŞ-İran razılaşmasını “regional sülh razılaşması” adlandıraraq, onun təkcə İranı deyil, həm də Körfəz dövlətlərini, İsraili və Livanı əhatə edəcəyini bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya