Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gürcüstan və Serbiya azad ticarət sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər və tərəflər sazişi imzalamağa hazır olana qədər razılaşdırılmalı bir neçə məsələ qalıb. Gürcü mediasının məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə Serbiya Prezidenti Aleksandr Vuçiç ilə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Bu barədə “Anadolu” məlumat yayıb.
Gürcüstan hökuməti başçısının sözlərinə görə, tərəflər iqtisadiyyat, nəqliyyat və logistika sahələri də daxil olmaqla ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Kobaxidze azad ticarət sazişi üzrə danışıqların son mərhələdə olduğunu qeyd edib.
Baş nazir bildirib ki, “Əhəmiyyətli irəliləyiş əldə etmişik, razılaşdırılmalı bir neçə məsələ qalıb, bundan sonra ölkələrimizin iqtisadi inkişafı üçün qarşılıqlı faydalı olacaq azad ticarət sazişi imzalamağa hazır olacağıq”.
P.ƏMİRCANOV
XQ

