Stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.
Seçmə komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə iyunun 16-dən iyulun 4-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazalarından hesab olunur.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Qabil YUSİFOĞLU
XQ

