Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə “Sərhəd təhlükəsizliyi və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.
XQ xəbər verir ki, tədbirdə çıxış edən Ombudsman Aparatının Hüquqi maarifləndirmə şöbəsinin müdiri, dövlət qulluğunun müşaviri Müqalib Mahmudov insan hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliyin tələbləri, beynəlxalq hüquq normaları, sərhəd nəzarəti zamanı vətəndaşların hüquqlarının təmin olunması, habelə hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Daha sonra insan hüquqlarının müdafiəsi, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və sərhəd nəzarəti fəaliyyətində insan hüquq və azadlıqlarının təmin edilməsinin əhəmiyyətindən danışılıb.
Çıxışlarda belə görüşlərin şəxsi heyətin hüquqi biliklərinin inkişafında mühüm rol oynadığı, dövlət tərəfindən insan hüquqlarının qorunmasına xüsusi önəm verildiyi vurğulanıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün keçirilməsində əsas məqsəd hərbi qulluqçular arasında hüquqi maarifləndirmə işinin gücləndirilməsi, onların hüquq və vəzifələri barədə məlumatlılığın artırılması olub.



