Naxçıvanda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Babək rayonunun Şıxmahmud kəndi ərazisində baş verib. İlkin məlumata görə, “71-BB-807” və “67-BF-127” dövlət qeydiyyat nişanlı minik avtomobilləri hərəkət zamanı toqquşub.

Qəza nəticəsində Amid Cəfərov və İsgəndər Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar və onlara ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Hadisə