“Türk dünyasının gənclər paytaxtı” estafeti Almatıdan Xivəyə ötürülüb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qazaxıstanın Almatı şəhərində “Almatı – Türk dünyasının gənclər paytaxtı – 2025” ilinin rəsmi bağlanış mərasimi keçirilib. Tədbirdə Qazaxıstan, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistandan nümayəndələr, həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omurəliyev iştirak ediblər.

XQ xəbər verir ki, mərasimin ən diqqətçəkən məqamı “Türk dünyasının gənclər paytaxtı” statusunun rəsmi şəkildə Almatıdan Özbəkistanın Xivə şəhərinə ötürülməsi olub. Rəmzi açarın təqdim edilməsi türk dövlətləri arasında gənclər siyasətinin davamlılığını, birgə təşəbbüslərin genişləndirilməsini və əməkdaşlığın daha da möhkəmləndirilməsi niyyətini ifadə edib.

“Almatı – Türk dünyasının gənclər paytaxtı – 2025” layihəsi çərçivəsində il ərzində şəhərdə müxtəlif istiqamətləri əhatə edən 50-dən çox tədbir təşkil edilib. Həmin tədbirlərdə türk dünyasının müxtəlif ölkələrindən 40 mindən artıq gənc iştirak edərək mədəni, təhsil və ictimai layihələrdə bir araya gəlib.

Dünya