Beynəlxalq Barbekü Festivalı Şamaxıda təntənəli bağlanışla başa çatıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

Şamaxının Meysəri kəndində keçirilən Beynəlxalq Barbekü Festivalı iki günlük rəngarəng proqramdan sonra başa çatıb. İyunun 13-14-də təşkil olunan festival Şamaxı Rayon İcra Hakimiyyətinin, Nəsimi Bağları Kompleksinin və “Abqora” restoranının dəstəyi ilə reallaşıb. Tədbirin baş sponsorları qismində “Azərsun Holdinq” və “Coca-Cola Azərbaycan”, rəsmi tərəfdaşları kimi isə “Azərbaycan Hava Yolları” QSC, “Premium Meat” və “Baku Medical Plaza” çıxış edib.

XQ xəbər verir kİ, festival dünyanın müxtəlif ölkələrindən gələn tanınmış şef-aşpazları bir araya gətirib. Fərqli mətbəx mədəniyyətlərini və kulinariya ənənələrini nümayiş etdirən iştirakçılar hazırladıqları təamlarla qonaqlara unudulmaz anlar yaşadıblar. Tədbir, eyni zamanda, Azərbaycanın qonaqpərvərlik ənənələrinin tanıdılması, mədəni əlaqələrin gücləndirilməsi və qastronomik turizmin təşviqi baxımından da xüsusi əhəmiyyət daşıyıb.

Festival müddətində müxtəlif kulinariya zonalarında maraqlı yarışmalar və əyləncə proqramları təşkil olunub. Qonaqlar ayrı-ayrı ölkələrin milli mətbəx nümunələri ilə tanış olmaq, həmçinin restoranların təqdim etdiyi müxtəlif təamların dadına baxmaq imkanı əldə ediblər.

Tədbirin sonunda festivalın təşkilinə dəstək verən sponsor və tərəfdaşlara, eləcə də layihənin uğurla həyata keçirilməsində iştirak edən restoran və şirkət nümayəndələrinə sertifikatlar təqdim olunub.

















Sosial həyat