Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti
ABŞ-nin Missuri ştatında paraşütçüləri daşıyan kiçik təyyarənin qəzaya uğraması faciə ilə nəticələnib. Hadisə Batler şəhəri yaxınlığında baş verib və qəza zamanı təyyarədə olan 12 nəfərin hamısı həyatını itirib.
İlkin məlumata görə, təyyarədə 11 paraşütçü və bir pilot olub. Yerli hava limanından havaya qalxdıqdan qısa müddət sonra hava gəmisi naməlum səbəbdən istiqamətini dəyişib və magistral yolun yaxınlığında yerə çırpılıb.
Hadisə yerinə dərhal xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Qəza nəticəsində göyərtədə olan şəxslərdən heç birinin sağ qalmadığı bildirilib.
Hazırda təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır. Rəsmi qurumlar hadisənin hansı şəraitdə baş verdiyinə dair hələlik əlavə məlumat açıqlamayıblar.

