Məhəmməd Muradlı Özbəkistandakı beynəlxalq şahmat turnirinin qalibi olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Özbəkistanda keçirilən "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır.

XQ  xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub.

Yeddi turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq.

M.Muradlı nəticədən asılı olmayaraq yarışda birinci pilləni qoruyacaq.

İdman