Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Futbol üzrə Türkiyə millisi dünya çempionatında ilk oyununa çıxacaq.

XQ xəbər verir ki, D qrupunda yer alan yığma I turda Avstraliya seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 14-də Bakı vaxtı ilə səhər saat 08:00-da start götürəcək.

Turnirin ilk turunda daha üç görüş keçiriləcək. Bu gün saat 23:00-da B qrupunda Qətər və İsveçrə milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. İyunun 13-dən 14-nə keçən gecə, saat 02:00-da C qrupunda Braziliya Mərakeşlə, saat 05:00-da isə Haiti Şotlandiya ilə qarşılaşacaq.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.

İdman