"Qarabağ"ın növbəti hədəfi Portuqaliyalı yarımmüdafiəçidir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Növbəti mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” heyətinə Portuqaliyadan daha bir futbolçu qatacaq.

XQ Futbolinfo.az saytına istinadən xəbər verir ki, bu, “Portominense” klubunun yarımmüdafiəçisi Samuel Qomeş Lobatodur.

24 yaşlı portuqaliyalı oyunçu ilə bütün məsələlərdə razılıq əldə olunub. Onunla danışıqlar artıq son mərhələdədir. Futbolçunun yaxın günlərdə ölkəmizə gələcəyi bildirilir.

Qeyd edək ki, Samuel Lobato “Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duranla eyni vaxtda “Portominense”də oynayıb.

Futbolçunun hazırda “Portominense” ilə müqaviləsi davam edir. “Transfermarket”in qiymətləndirməsinə görə onun dəyəri 300 min avrodur.
 

İdman