Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Hindistanın şimal-şərqindəki Assam ştatındakı Corhat hava bazasına eniş edərkən Hindistan Hərbi Hava Qüvvələrinə məxsus An-32 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
XQ xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, ölüm və yaralı sayı barədə hələlik məlumat verilməyib. Xilasedicilər hadisə yerində işləyirlər.
Hindistan Hərbi Hava Qüvvələri qəzanın səbəbini müəyyən etmək üçün qəzanın şərtlərini araşdırmaq üçün xüsusi komissiya yaradılacağını açıqlayıb.

