Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Böyük Britaniyanın müdafiə naziri Con Heylinin istefasından sonra bu vəzifəyə Den Ceyrvis təyin edilib. Bu barədə baş nazir ofisinin yaydığı açıqlamada bildirilir.
Məlumatı “Anadolu” yayıb.
Ceyrvis əvvəllər Daxili İşlər Nazirliyində və Nazirlər Kabinetində dövlət katibi vəzifələrində çalışıb.
Böyük Britaniyanın müdafiə naziri Heyli Baş nazir Kir Starmer ilə müdafiə büdcəsi ilə bağlı fikir ayrılıqlarından sonra istefa verdiyini açıqlayıb.
Starmeri ölkəni qorumaq üçün lazım olan dövlət vəsaitlərini ayırmamaqda günahlandıran Heyli deyib: “Siz bu vədi yerinə yetirməmisiniz və Maliyyə Nazirliyi artan təhdidlər dövründə ölkəni qorumaq üçün lazım olan vəsaitləri ayırmaq istəmir”.
Heylinin istefasından bir neçə saat sonra Silahlı Qüvvələr üzrə dövlət katibi Al Karnes də istefa verdiyini açıqlayıb.
Böyük Britaniya Müdafiə və Xəzinədarlıq nazirlikləri artan hərbi xərc tələblərini necə ödəmək barədə aylardır danışıqlar aparırlar. Bu vəziyyət ötən ildən bəri davam edən Böyük Britaniya Müdafiə İnvestisiya Planının gecikməsinə səbəb olub.
P.ƏMİRCANOV
XQ

