İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai potensial saziş mətninin bir hissəsinin ABŞ ilə razılaşdırıldığını təsdiqləyib. Cənab Baqainin sözlərini "Press TV" telekanalı sitat gətirib.
İran XİN rəsmisinin sözlərinə görə, Vaşinqtonun "ziddiyyətli mövqeyinə" və "ardıcıl təcavüz aktlarına" baxmayaraq, məcburi müharibənin dayandırılmasına yönəlmiş qarşılıqlı anlaşma memorandumunun əsas bölmələri tamamlanmaq üzrədir.
"The Guardian" qəzetinin mənbəsinin verdiyi məlumata görə, memorandum nüvə məsələsinə dair konkret razılaşmaları ehtiva etmir. Sənəddə, sadəcə, İranın nüvə proqramı və ölkənin dondurulmuş aktivləri mövzusunda gələcək danışıqlar üçün tələb olunacaq mexanizmlər qeyd olunur.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp İran və ABŞ arasındakı sazişin artıq yaxın günlərdə imzalana biləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, hazırda sənədin yekunlaşdırılması prosesi gedir.
S.ELAY
XQ

