Rusiya Baltikyanı ölkələrə hücum etmək riskinə getməyəcək, bununla belə Alyans istənilən ssenariyə hazırdır. Bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı, ABŞ generalı Aleksus Qrinkeviç bildirib. Bu barədə "DW" nəşri yazır.
Qrinkeviç əminliyini belə ifadə edib ki, Rusiya Baltikyanı ölkələrə hücum edəcəyi təqdirdə uğur qazanmağın qeyri-mümkün olduğunu dərk edir. Bunu nəzərə alaraq, Moskvanın belə bir riskə əl atacağı ehtimalı azdır.
O əlavə edib ki, NATO Rusiya qoşunlarının yerdəyişmələrini diqqətlə izləyir. Həmçinin Alyans üzv dövlətlərlə əməkdaşlıq çərçivəsində kəşfiyyat məlumatlarını təhlil edir.
Qrinkeviçin fikrincə, Rusiya NATO ilə birbaşa münaqişəyə can atmır və Alyansın Moskva üçün əlçatmaz olan bir sıra üstünlüklərə malik olduğunu başa düşür. Eyni zamanda, general əmin edib ki, Alyans hər bir ssenariyə hazırdır.
"Əgər belə bir ssenari yaranarsa, biz şübhəsiz ki, hazırıq. Bütün 32 ölkə bu gün artıq döyüşməyə hazırdır", - Qrinkeviç bəyan edib.
S.ELAY
XQ

