Baş nazir Özbəkistana səfər edəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Özbəkistana səfər edəcək.

XQ-nin məlumatına görə, Baş nazir Daşkənddə keçiriləcək Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək. Səfər çərçivəsində onun yüksək səviyyəli görüşlər keçirməsi və forumun işinə qatılması nəzərdə tutulur.

Qeyd edək ki, forum 16–18 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutacaq.

Tədbirə ümumilikdə 99 ölkədən 8 mindən çox iştirakçının qatılması gözlənilir.

Siyasət