Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanlı tələbələr 2–5 iyun tarixlərində keçirilmiş 10-cu Huawei ICT Competition Global Final yarışmasında uğurlu nəticə əldə ediblər.
Elm və Təhsil Nazirliyindən XQ-yə verilən məlumata görə, Azərbaycan bu qlobal yarışmada ilk dəfə UFAZ-ın üç tələbəsi - Əsmər Əliyeva, Nəzrin Əliyeva və Ayan İsmayılova tərəfindən təmsil olunub. Onlar yarışmada uğurla iştirak edərək "Cloud Track" kateqoriyası üzrə dünya üzrə üçüncü yerə layiq görülüblər.
Bundan əlavə, tələbələrimiz "Women in Tech Award” mükafatını da qazanıblar.
Bu, Azərbaycan üçün çox mühüm nailiyyətdir. Belə ki, bu il yarışmada 100 ölkədən 131 komanda iştirak edib. Ümumilikdə isə dünyanın təxminən 2 000 universitet və təhsil müəssisəsindən 220 000-dən çox tələbə yarışmaya qatılıb.

