Çin Filippinin müdafiə naziri Cilberto Teodoroya qarşı ÇXR barəsində səsləndirdiyi "səhv bəyanatlara" görə sanksiyalar tətbiq edib. Nazir və onun ailə üzvlərinin Çin Respublikasına girişi qadağan olunub. Bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin saytında dərc olunan bəyanatda qeyd edilir: "Filippinin müdafiə naziri Cilberto Teodoro dəfələrlə Çin barəsində səhv bəyanatlar səsləndirərək Çinin qanuni maraqlarına xələl gətirib və iki ölkə arasındakı münasibətləri sarsıdıb". Giriş məhdudiyyətləri ilə yanaşı, Çin rəhbərliyi cənab Teodoro, onun həyat yoldaşı və övladları ilə hər hansı bir sövdələşmə, əməkdaşlıq və ya digər fəaliyyətlərin aparılmasını da qadağan edib.
Çin və Filippin arasındakı münasibətlər Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən gərginləşib. ÇXR digər ölkələrin — Vyetnam, Malayziya, Bruney və Tayvanın da iddia irəli sürdüyü zonalarla kəsişən su sahələrinə iddialıdır. İyunun əvvəlində Pekin cənab Teodoronun "Filippinin həm ərazi, həm də siyasi cəhətdən hələ də Çin tərəfindən ciddi təhdid altında olduğu" barədə bəyanatlarını kəskin tənqid etmişdi.
S.ELAY
XQ

