Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə YUNESKO-nun mənzil-qərargahında "İpək Yollarının İrsi, Səyahəti və Ənənələri: Mədəniyyətlərarası Dialoq Səyahəti" adlı tədbir keçirilib.
XQ xəbər verir ki, bu barədə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev "İrsdən Təcrübəyə: Bu Gün İpək Yollarının Əlaqələndirilməsi" adlı yüksək səviyyəli panel sessiyası zamanı çıxış edib.
O, Azərbaycanın İpək Yolları boyunca tarixi rolunu və qarşılıqlı anlaşmanın təşviq edilməsində, eləcə də insanları bir-birinə yaxınlaşdırmaqda mədəni irsin, mədəniyyətlərarası dialoqun və əlaqələrin əhəmiyyətini vurğulayıb.


