Şirvan Şəhər İcra Hakimiyyəti və Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazələr verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, onların inzibati məsuliyyəti” mövzusunda maarifləndirmə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyəti başçısı aparatının hüquq və kadr məsələləri sektorunun müdiri Azər Hüseynov “İnsan hüquqları aylığı”nın ölkəmizdə insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi və cəmiyyətdə hüquq mədəniyyətinin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanda insan hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edən sektor müdiri bu sahədə həyata keçirilən islahatlar və görülən işlər barədə məlumat verib.
Şirvan Regional Miqrasiya İdarəsinin rəis müavini Bəhman Quliyev, idarənin vətəndaşların qəbulu və müraciətlərə baxılması şöbəsinin rəisi Seyhun Məmmədov çıxış edərək Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri və bu istiqamətdə görülən işlər barədə məlumat veriblər.
Görüşdə Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazə verilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə qanuni qalma qaydaları, əmək fəaliyyəti, qeydiyyat məsələləri və inzibati məsuliyyət tədbirləri barədə iştirakçılara ətraflı məlumat təqdim edilib.
Mikayıl NƏRİMANOĞLU
XQ

