Dünyanı təhdid edən gizli təhlükə: Parçalanmayan "əbədi kimyəvi maddə" artır

post-img

Alimlər atmosferdə parçalanmayan "əbədi kimyəvi maddə"nin artması barədə xəbərdarlıq edirlər

Lankaster Universitetinin alimləri ətraf mühitdə praktiki olaraq parçalanmayan və "əbədi kimyəvi maddə" kimi tanınan triflor sirkə turşusunun (TFA) miqdarının artdığını bildirirlər. Bu barədə "Atmospheric Chemistry and Physics" jurnalı yazır.

Tədqiqatçıların qiymətləndirməsinə görə, 2000-ci ildən 2022-ci ilə qədər atmosferdə təxminən 335 min ton bu maddədən formalaşıb və daha sonra o, yağıntılarla birlikdə Yer səthinə çöküb.

TFA soyuducularda, kondisionerlərdə və aerozollarda istifadə olunan maddələrin parçalanması nəticəsində yaranır. Bu maddənin konsentrasiyasının artması bütün dünyada, o cümlədən Arktikada qeydə alınıb. Sözügedən kimyəvi maddə standart su təmizləmə sistemləri vasitəsilə kənarlaşdırıla bilmir və bu səbəbdən içməli suya daxil olma riski daşıyır.

Alimlərin məlumatına görə, TFA xüsusilə qapalı su hövzələri üçün böyük təhlükə yaradır, çünki burada toplanaraq su ekosistemlərinə mənfi təsir göstərmək qabiliyyətinə malikdir.

S.ELAY

XQ

Sosial həyat