Türkiyədə bal ixracı 13,5 milyon dollara çatıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Şərqi Qara Dəniz İxracatçıları Assosiasiyasının Direktorlar Şurasının sədri Selçuk İskəndər “Anadolu”ya bildirib ki, ilin ilk 5 ayında ölkədən 3097 ton bal ixrac edilib.

Bu ixracdan 13.520.730 dollar gəlir əldə edildiyini deyən S.İskəndər bu dövrdə bölgədən 35 ölkəyə bal ixrac edildiyini bildirib.

İskəndər bu dövrdə bal ixracının ən çox olduğu üç ölkə arasında ABŞ, Böyük Britaniya və Almaniyanın olduğunu bildirib: “Yanvar-may ayları arasında Türkiyə ABŞ-a 4.408.892 dollar, Böyük Britaniyaya 1.999.247 dollar və Almaniyaya 1.395.404 dollar dəyərində bal ixrac edib”.

İskəndər ixracı və ixrac etdikləri ölkələrin müxtəlifliyini artırmaq üçün çalışdıqlarını qeyd edərək, ixrac etdikləri ölkələrin müxtəlifliyinin hər gün artdığını qeyd etdi.

S.İskəndər əlavə etdi ki, bal ixracına nikbin yanaşırlar və qarşıdakı aylarda ixracın artacağına inanırlar.

M.MİRZƏ
XQ

İqtisadiyyat