İstanbul Hava Limanı – Avropanın ən işlək hava limanı

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 1-7 iyun tarixləri üçün “Avropa Aviasiya Hesabatı”nı dərc edib.

Hesabata görə, İstanbul Hava Limanı bu dövrdə gündə orta hesabla 1491 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci yeri tutub. İstanbul Hava Limanını 1402 uçuşla Amsterdam, 1382 uçuşla Paris Şarl de Qoll, 1314 uçuşla London Hitrou və 1297 uçuşla Frankfurt izləyir.

M.MİRZƏ
XQ

 

Dünya