Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Taxılçılıq Göygöl rayonunun əsas kənd təsərrüfatı istiqamətlərindən biridir. 2025-ci ildə 4 857 hektar sahədən 14 916 ton taxıl məhsulu əldə olunub, orta məhsuldarlıq 30,7 sentner təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 7,7 faiz olub. 2026-cı ilin məhsulu üçün 5387 hektar sahədə taxıl səpini aparılıb ki, bu da ötən ilə nisbətən 530 ha və ya 9,1 faiz çoxdur.
XQ xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Göygöl rayonunda keçirilən regional müşavirədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov deyib.
O qeyd edib ki, Göygöl rayonu üzümçülük ənənələri ilə seçilən bölgələrdəndir. Hazırda rayon ərazisində 718 hektar üzüm bağı mövcuddur. Burada müxtəlif texniki və süfrə üzüm sortları becərilir. 2025-ci ildə üzüm bağlarından 4 633 ton məhsul istehsal olunub. Üzüm istehsalı əvvəlki ilə nisbətən 1029 ton və ya 28,6 faiz artıb.

