Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi qələbə nəticəsində Qarabağın işğaldan azad olunması regionun gələcək inkişafı üçün yeni mərhələnin başlanğıcını qoydu. Bu hadisə yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda Türk dünyasında strateji əməkdaşlıq və inteqrasiya imkanlarının genişlənməsi baxımından da mühüm dönüş nöqtəsi idi.

Bunu Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov deyib.

Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur formalaşdırılır. Bu prosesdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin artan marağı və müxtəlif sahələr üzrə əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir – deyə, o bildirib.

Sosial həyat