Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç iyunun 15-də ilk dəfə rəsmi səfərlə Gürcüstana gələcək.
XQ xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
Gürcüstan Prezident Administrasiyasının yaydığı məlumata görə, dövlət başçısını səfər zamanı həyat yoldaşı və rəsmi nümayəndə heyəti müşayiət edəcək.
Səfər çərçivəsində Gürcüstan Prezident sarayında Aleksandr Vuçiçin rəsmi qarşılanma mərasimi təşkil olunacaq. Daha sonra Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə Serbiya Prezidenti arasında təkbətək görüş keçiriləcək.
Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də tərəfdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.

