Xorvatiyada yaxta və katamaran toqquşub, üç Çexiya vətəndaşı həlak olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

Xorvatiyanın Split şəhəri yaxınlığında Adriatik dənizində baş verən dəniz qəzası insan tələfatı ilə nəticələnib. İlkin məlumata görə, katamaranla yaxtanın toqquşması nəticəsində Çexiya vətəndaşı olan üç nəfər həyatını itirib.

XQxəbər verir ki, hadisə zamanı hər iki su nəqliyyat vasitəsində çoxlu sayda sərnişinin olduğu bildirilir. Qəzanın hansı şəraitdə baş verdiyi hələlik açıqlanmasa da, insidentdən dərhal sonra əraziyə xilasedici qüvvələr və sahil mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Çexiyanın Xorvatiyadakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Ştepan Şantruçek hadisə nəticəsində ölkəsinin üç vətəndaşının həlak olduğunu təsdiqləyib. O, həmçinin bir neçə nəfərin itkin düşdüyünü və onların axtarışlarının davam etdirildiyini bildirib.

Hazırda Adriatik dənizində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır. Xorvatiya rəsmiləri qəzanın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlayıblar.

Dünya