Xəzər rayonunda silsilə oğurluq edən şəxs saxlanılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Xəzər rayonu ərazisində yerləşən evlərin birindən məişət əşyaları oğurlanıb. 

DİN Mətbuat Xidmətindən XQ-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı C.Hayıfzadə saxlanılıb. 

Araşdırmalar zamanı saxlanılan şəxsin paytaxt ərazisində daha bir ev və avtomobildən 2000 manat pul vəsaiti oğurladığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Hadisə