Türkiyə boğazlarından keçid üçün tranzit haqqı artırılır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyə boğazları üçün tranzit haqqı 1 iyuldan etibarən yenilənəcək.

XQ xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib.

O qeyd edib ki, Türkiyə boğazları üçün tranzit haqları əvvəlki illərdə olduğu kimi bu il də ölkə iqtisadiyyatına töhfə verəcək şəkildə yenidən tənzimlənəcək. O, "Xalis ton üçün tutulan rüsumu 2025-ci ildəki 5,83 dollardan 1 iyul tarixindən etibarən 6,70 dollara qaldıracağıq" deyib.

Nazir Uraoğlu bildirib ki, Türkiyə boğazlarından heç bir limana girmədən keçən gəmilərdən alınacaq və "qızıl frank"la təyin olunan tranzit haqları yenidən nəzərdən keçiriləcək.

Uraloğlu 1936-cı ildə imzalanmış Montrö Boğazları Konvensiyasına əsasən, gəmilərin "qızıl frankı" və xalis tonnajının (NRT) ödənişlərin hesablanması üçün vahid kimi istifadə edildiyini vurğulayıb.

Dünya