İsveçrədə ABŞ-İran danışıqları təxirə salınıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, müharibənin bitməsi və fikir ayrılıqlarının həlli ilə bağlı ikitərəfli memorandumun qüvvəyə minməsindən sonra 19 iyunda İsveçrənin Bürgenştok kurort şəhərində keçirilməsi planlaşdırılan ABŞ və İran nümayəndələri arasında görüş ləğv edilib.

Bu barədə “Anadolu” məlumat yayıb. 

Bürgenştokda bu gün keçirilməsi planlaşdırılan görüşlər baş tutmayacaq. Buna görə də dünən elan edilən görüş ləğv edilib”, - deyə açıqlamada bildirilir.

Bu açıqlama Ağ Evin ABŞ vitse-prezidenti C.D.Vensin İsveçrəyə səfərinin təxirə salındığını elan etməsindən sonra verilib. Ağ Ev bildirib ki, İranla texniki danışıqlara hazırlıqlar davam edir, Vitse-prezidentin əvvəllər mətbuat konfransında qeyd etdiyi kimi, qarşıdan gələn texniki danışıqlar üçün planlar hələ dəqiqləşdirilməyib.

P.ƏMİRCANOV
XQ

Dünya