Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avropa İttifaqı Şurasının prezidenti António Coştanın Rusiya ilə diplomatik kanallar açmaq barədə gözlənilməz qərarı Avropa İttifaqı sammitinin əsas mövzusu odub və bir neçə lider narazılığını bildirərək, onların fikirlərinə əhəmiyyət verilmədioyini deyib.
Məlumatı “Euronews” verib.
Koşta Kremllə diplomatik kanal açmaq qərarının sülh danışıqları üçün şərtlərin mövcudluğu ilə əlaqəli olduğunu izah edib. Eyni zamanda, deyib ki, onun komandası hazırda bu ehtimalı qeyri-real hesab edir.
Bu məsələ cümə axşamı Brüsseldə keçirilən Aİ liderlərinin sammitinin əsas mövzusu olub.
Lakin Aİ üzv olan 27 dövlətin birliyinin qorunmasını prezidentliyinin əsas mövzusu olduğunu qeyd edən Koştanın Moskva ilə əlaqə qurmağın vaxtının çatdığına qərar verməsinin səbəbi ilə bağlı verdiyi izahat çoxlarını qane etməyib. Bu həftənin əvvəlində isə Avropa İttifaqı Şurası prezidentinin aparat rəhbəri Pedro Lurtinin Rusiya prezidenti Vladimir Putinin ən yaxın köməkçilərindən biri ilə bir neçə telefon danışığı apardığı bildirilib.
Bu məmurun Yuri Uşakov olduğu ehtimal edilir.
P.ƏMİRCANOV
XQ

