"The Economist": Ukrayna və ABŞ müharibənin cəbhə xətti boyu dondurulmasını müzakirə edir

post-img

Vaşinqton və Kiyev arasında hərbi əməliyyatların mövcud təmas xətti boyu dondurulması ssenarisi üzrə qapalı müzakirələr aparılır. Bu barədə Böyük Britaniyanın nüfuzlu "The Economist" nəşri özünün məlumatlı mənbələrinə istinadən xəbər verir.

Jurnalistlərin məlumatına görə, birinci mərhələdə cəbhə xəttinin hər iki tərəfində 50-70 kilometr enində zona daxilində aktiv hərbi əməliyyatların məhdudlaşdırılması variantı nəzərdən keçirilir. Ehtimal olunur ki, bu addım tərəflər arasında gələcəkdə daha geniş və hərtərəfli sazişin bağlanması üçün zəmin formalaşdırmalıdır.

Lakin nəşrin mənbələri qeyd edir ki, bu planın tezliklə reallaşmasını gözləməyə dəyməz. Rusiya cari ilin oktyabr ayına qədər münaqişənin tənzimlənməsi istiqamətində konkret addımlara çətin ki, razı olsun. Kreml ABŞ-da keçiriləcək aralıq seçkiləri faktorundan istifadə edərək Donald Trampa siyasi dəstək nümayiş etdirməyi və sonradan yeni Amerika administrasiyasından "bunun qarşılığında nəsə almağı" hədəfləyir.

Bundan əlavə, analitiklərin qiymətləndirmələrinə görə, Rusiya tərəfi danışıqlar prosesini ən azı yaza qədər uzatmaq niyyətindədir. Moskvayın hesablamaları ona əsaslanır ki, qarşıdan gələn qış mövsümü Ukraynanın infrastrukturu və energetika sistemi üçün kritik dərəcədə dağıdıcı olacaq və bu da gələcək danışıqlarda Kiyevin mövqelərini daha da zəiflədəcək.

S.ELAY

XQ

Dünya