Gənc şair-publisist Sevindik Nəsiboğlunun Birinci Qarabağ müharibəsində, atəşkəs dövründə və 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizə həsr etdiyi 708 səhifədən ibarət kitabı belə adlanır.
Müəllif sayca 9-cu kitabının hər səhifəsində şəhidlərimizin həyat yolunu, qəhrəmanlığını və Vətən sevgisini oxuculara çatdırmağa çalışıb. Publisistik esse və şeirlərdən ibarət yeni kitabı Vətən müharibəsi şəhidlərinin həyat yolu və döyüş xronikasını ehtiva edir. Vətən uğrunda canını fəda etmiş qəhrəman oğulların taleyini əbədiləşdirən yazılar canlılığı və dil şirinliyi ilə diqqəti cəlb edir.
Kitabda, ümumilikdə, 48 şəhidimiz haqqında məqalə və şeir, 200 Vətən qurbanı barədə müəllifin vaxtilə hazırladığı Vikipediya səhifələri, şəhidlərə həsr olunmuş kitablardan bəhs edən məqalələr, onların doğum və anım günlərinə həsr olunmuş 20-dən çox məqalə yer alıb.
Ə.ƏLİYEV
XQ

