Azərbaycan Yazıçılar Birliyində “Zərif qadınlar” Ədəbi Məclisinin sədri Xatirə Fərəclinin Azərbaycan və ingilis dillərində nəşr olunan “Multikulturalizm: nəzəriyyə, beynəlxalq təcrübə, Azərbaycan modeli” kitabı işıq üzü görüb.
Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə çap edilmiş kitabda multikulturalizmin nəzəri əsasları, müxtəlif ölkələrin bu sahədəki təcrübələri, eləcə də Azərbaycanın dünyaya nümunə göstərilən multikultural dəyərlər sistemi geniş təhlil olunur. Müəllifin uzunmüddətli araşdırmalarının nəticəsi olan bu nəşrdə ölkəmiz tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin dinc və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı məkan kimi təqdim edilir, bu zəngin irs elmi əsaslarla araşdırılır. Araşdırma nəşri geniş oxucu auditoriyası üçün faydalı vəsaitdir.
Ə.ƏLİYEV
XQ

