Lavrov Rusiya və NATO arasında nüvə müharibəsindən danışıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya ilə NATO arasında müharibə baş verəcəyi təqdirdə nüvə zərbələri ilə bağlı xəbərdarlıq edib.

Məlumatı “Kommersant” verib. 

O bildirib ki, Rusiya ilə NATO arasında birbaşa qarşıdurma tezliklə nüvə mübadiləsinə çevrilə bilər. O, belə bir vəziyyətin qlobal təhlükəsizlik üçün "fəlakətli nəticələrə" səbəb olacağını vurğulayıb.

Lavrov yazıb ki, “Avropa strateji muxtariyyət şüarı altında nüvə sahəsi də daxil olmaqla, hərbi potensialının əhəmiyyətli dərəcədə gücləndirilməsi prosesini yaşayır”. O, Fransanın bir neçə Aİ və NATO ölkəsinə “nüvə çətiri” təqdim etmək planlarına işarə edib. Rusiya xarici işlər naziri əlavə edib ki, “bu, əlbəttə ki, nə Fransanın özünün, nə də onun “yardımını” alanların təhlükəsizliyini gücləndirməyəcək”.

Onun sözlərinə görə, Avropa ölkələri 2030-cu ilə qədər Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətindədirlər. Nazir qeyd edib ki, “vahid Avropa genişlənmək arzusundadır, Ukrayna və Moldovanı ələ keçirmək və Ermənistanı öz orbitinə çəkmək niyyətindədir. NATO şərqə doğru genişlənərək Finlandiya və İsveçi özünə cəlb edib”.

P.ƏMİRCANOV
XQ

 

Dünya