Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İstanbul İxracatçıları Birliklərinin (İİB) məhsul ixracı ilin ilk 5 ayında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 5 milyard 342 milyon dollara çatıb.
İİB-nin açıqlamasına görə, yanvar-may aylarında 190 ölkəyə məhsul ixrac edən birliklərin ölkə ixracatındakı payı 5,5 faiz təşkil edib.
İlin ilk 5 ayında ən yüksək ixracat 355 milyon dollarla ABŞ-a olub. Bu ölkəyə ən çox şəkər və şirniyyat məhsulları, kağız və karton məhsulları satılıb. ABŞ-dan sonra Norveç, Birləşmiş Krallıq, Almaniya və İraq gəlir.
İstanbul İxracatçıları Birliklərinin ixracında Norveçdə “gəmilər”, Birləşmiş Krallıqda “kağız və karton məhsulları” və “gəmilər”, Almaniyada “fındıq və fındıq məhsulları” və “kağız və karton məhsulları”, İraqda isə “ağac və meşə məhsulları”, “heyvan məhsulları” üstünlük təşkil edir.
Ən yüksək ixrac 2,8% artım və 1,363 milyard dollarla Avropa İttifaqı ölkələrinə olub. Ən yüksək ixrac mebel və meşə məhsullarından olub.
M.MİRZƏ
XQ

