Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
2025-2026-cı tədris ilində ölkənin 24 ümumi təhsil məktəbində yeni inklüziv siniflər fəaliyyətə başlayıb.
Məlumata görə, hazırda ümumilikdə 88 ümumi təhsil müəssisəsində inklüziv təhsil modeli tətbiq olunur. Bu istiqamətdə görülən işlər xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil prosesinə daha geniş şəkildə cəlb edilməsinə və onların məktəb mühitinə uyğunlaşmasına imkan yaradır.

