Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Venesuela çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılarla nəticələnən iki güclü zəlzələ ilə əlaqədar göstərdiyi həmrəyliyə və başsağlığına görə Azərbaycana minnətdarlığını bildirib.
XQ xəbər verir ki, bu barədə Bolivar Respublikasının xarici işlər naziri İvan Xil Pinto "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Venesuela hökuməti xalqımıza ünvanlanmış həmrəylik və başsağlığı mesajına görə Azərbaycan Respublikasına səmimi minnətdarlığını bildirir", - nazir qeyd edib.
Qeyd edək ki, Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971 nəfərə çatıb.

