Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 28 noyabr tarixli 539 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 28 noyabr tarixli 539 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Bakı şəhəri sərnişin nəqliyyatının işinin daha da təkmilləşdirilməsi və onun maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 8 iyul tarixli 388 nömrəli Qərarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 noyabr tarixli 601 nömrəli Qərarı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 1-ci hissəsinin z) bəndi ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 115 (Cild I); 2025, № 2, maddə 180) ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. “I. Avtomobil yollarının layihələndirilməsi” bölməsi üzrə:
2.1.1. 1.14-cü bənddə “avtobus dayanacaqları” sözləri “dayanacaq məntəqələri” sözləri ilə əvəz edilsin;
2.1.2. 2.4-cü və 2.5-ci bəndlərdə “avtobus dayanacaqlarında” sözləri “dayanacaq məntəqələrində” sözləri ilə əvəz edilsin;
2.2. “III. Avtomobil yollarının təmiri” bölməsinin 3.5-ci bəndinin ikinci cümləsində “avtobus dayanacaqları” sözləri “dayanacaq məntəqələri” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745 (Cild I); 2024, № 1, maddə 111, № 5 (II kitab), maddə 574; 2025, № 3, maddə 282) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.2.13-cü yarımbənddə “müəyyən edilmiş dayanacaqlar və məntəqələr arasında” sözləri “başlanğıc və təyinat məntəqələri arasında müəyyən edilmiş dayanacaq məntəqələri ilə” sözləri ilə əvəz edilsin;
3.2. 1.4.1-ci, 8.2-1.2-ci və 10.2.9-cu yarımbəndlərdə “dayanacaqlarda” sözü “dayanacaq məntəqələrində” sözləri ilə əvəz edilsin;
3.3. 4.4-cü bəndin birinci cümləsində “dayanacaqların” sözü “dayanacaq məntəqələri arasında olan məsafənin” sözləri ilə əvəz edilsin;
3.4. 4.28-ci bənddə “dayanacaqda” sözü “dayanacaq məntəqəsində” sözləri ilə, “dayanacaqları” sözü “dayanacaq məntəqələrini” sözləri ilə əvəz edilsin;
3.5. 7.7-ci bənddə “dayanacaq yerlərinin” sözləri “dayanacaq məntəqələrinin” sözləri ilə əvəz edilsin;
3.6. 12.1.3-cü yarımbənddə “dayanacaqda” sözü “dayanacaq məntəqəsində” sözləri ilə əvəz edilsin;
3.7. 12.2.20-ci yarımbənddə “dayanacaqları” sözü “dayanacaq məntəqələrini” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 746 (Cild I); 2024, № 1, maddələr 81, 111, 112; 2025, № 3, maddə 282) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 38-ci hissənin adına “qaiməsinin” sözündən sonra “və ya elektron əmtəə-nəqliyyat qaiməsinin” sözləri əlavə edilsin;
4.2. 38.1-ci bəndin birinci cümləsinə “üç nüsxədə,” sözlərindən sonra “beynəlxalq nümunəli elektron əmtəə-nəqliyyat qaiməsi (bundan sonra – e-CMR) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemində yaradılmış “e-CMR” altsistemində” sözləri əlavə edilsin, həmin bəndə aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilsin:
“Daşıyıcı daşıma başlanan anadək informasiya sistemində e-CMR-i təsdiq etməlidir. Daşıyıcı tərəfindən e-CMR-in təsdiq olunmaması həmin e-CMR-in rəsmiləşdirilməməsi hesab olunur.”;
4.3. 38.2-ci bəndə “CMR-ə” sözlərindən sonra “və ya e-CMR-ə” sözləri əlavə edilsin;
4.4. 38.3-cü və 38.14-cü bəndlərə “CMR-də” sözlərindən sonra “və ya e-CMR-də” sözləri əlavə edilsin;
4.5. 38.6-cı bəndə “CMR” akronimindən sonra “və ya e-CMR” sözləri əlavə edilsin;
4.6. 38.7-ci bəndə “CMR-ə” sözlərindən sonra “və ya e-CMR-ə” sözləri əlavə edilsin;
4.7. 38.9-cu bəndin birinci cümləsinə “CMR” akronimindən sonra “və ya e-CMR” sözləri, ikinci cümləsinə “CMR-də” sözlərindən sonra “və ya e-CMR-də” sözləri əlavə edilsin;
4.8. 38.11-ci bəndin birinci və ikinci cümlələrinə “CMR-də” sözlərindən sonra “və ya e-CMR-də” sözləri əlavə edilsin.
5. “Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 iyul tarixli 131 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 697 (Cild I) 1.2.1-ci yarımbəndinin altıncı abzası aşağıdakı redaksiyada verilsin:
“avtomobil dayanacaqlarında, sərnişin daşıyan nəqliyyat vasitələrinin parklarında və müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrində;”.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 468 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1956 (Cild I); 2024, № 10, maddə 1180) ilə təsdiq edilmiş “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın 3.1.8-ci yarımbəndində “nəqliyyat vasitələrinin dayanacaqlarından” sözləri “daşımalarını yerinə yetirən avtomobil nəqliyyatının dayanacaq məntəqələrinə” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 507 (Cild I); 2024, № 11, maddə 1246; 2025, № 3, maddə 282) ilə təsdiq edilmiş “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 5.4.1-ci yarımbəndinin birinci cümləsində “Bakı Nəqliyyat Agentliyi” sözləri “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 1, maddə 76 (Cild I); 2025, № 2, maddə 180) ilə təsdiq edilmiş “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın 4.1.7-ci yarımbəndində “ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarının” sözləri “müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 iyul tarixli 335 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 896; 2025, № 2, maddə 206; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 15 may tarixli 150 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın və yenidən hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
9.1. həmin Qaydaya 1 nömrəli əlavə – “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin peşəkarlıq səriştəsinə dair Proqram”ın 6.1-ci bəndinin “Mövzuların adı” sütununa “qaiməsinin (CMR)” sözlərindən sonra “və elektron əmtəə-nəqliyyat qaiməsinin” sözləri əlavə edilsin;
9.2. həmin Qaydaya 2 nömrəli əlavə – “Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair Proqram”ın 5.1-ci bəndinin “Mövzuların adı və tədris sualları” sütununa (hər iki halda) “qaiməsinin (CMR)” sözlərindən sonra “və elektron əmtəə-nəqliyyat qaiməsinin” sözləri əlavə edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 30 yanvar tarixli 17 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 1, maddə 91) ilə təsdiq edilmiş “Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə Qaydaları”nın 2.2.2-ci yarımbəndində “avtobus dayanacaqları” sözləri “müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 25 ” “ iyun ” 2026-cı il
№ 199

